Menu

Ötən ay zəhərlənmə ilə bağlı 664 müraciət olub - 7 nəfər ölüb

05.02.2024, 12:01
Ötən ay zəhərlənmə ilə bağlı 664 müraciət olub - 7 nəfər ölüb

Yanvar ayı ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə zəhərlənmə şübhəsi ilə 664 nəfər daxil olub.

Bu barədə mərkəzin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, onlardan 93 nəfər Toksikologiya şöbəsinə qəbul edilib.

Şöbəyə qəbul edilən xəstələrdən 16-sı dəm qazından, 6-sı botulizmdən, 40-ı dərman zəhərlənməsindən, 5-i etanoldan, 3-ü allergik reaksiyadan, 23-ü isə sirkə turşusundan zəhərlənən şəxslərdir.

Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 7-si vəfat edib.

Onlardan 6-sı kişi, 1-i qadın olub.

Şərhlər

MRP 2024-02-05 12:26:02

Sağ qalanları Allah saxlayıb.Həmin xəstəxanada xəstələrə heç bir yardım göstərilmir.Bunun canlı şahidi olmuşam.Kliniki Tibbi Mərkəzdə xidmət bioloji ölüm keçirib.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol