Menu

“Təkcə Avdeyevka istiqamətində Rusiya 13 min əsgərini itirib” – Ukrayna ordusunda kadr çatışmazlığı yaranıb

05.02.2024, 14:47
“Təkcə Avdeyevka istiqamətində Rusiya 13 min əsgərini itirib” – Ukrayna ordusunda kadr çatışmazlığı yaranıb

Ukrayna Silahlı Qüvvələrində kadr çatışmazlığı yaşanmağa başlayıb. Bu, ordu rəhbərliyini arxa cəbhədəki hissələri önə köçürməyə və onlarla piyada birliklərindəki boşluqları doldurmağa məcbur edir.

“AzPolitika.info” xəbər verir ki, “The New York Times” nəşrinin Ukraynadakı son vəziyyətlə bağlı yazısında belə deyilir.

“Bizim kifayət qədər texnikamız, hücuma keçmək üçün kifayət qədər insanımız yoxdur. Ona görə də hazırda əsas məqsəd sahib olduğumuz mövqeləri qorumaqdır”. Bunu qəzetə danışan Ukrayna ordusunun 47-ci mexanikləşdirilmiş briqadasının təmsilçisi Aleksandr Şirşin bildirib.

Onun sözlərinə görə, şəxsi heyət və silah çatışmazlığı nəticəsində Ukrayna Silahlı Qüvvələri döyüş meydanında təşəbbüsü əldən verməli olub.

Qəzet yazır ki, öz növbəsində rus qoşunları irəliləmək cəhdlərindən əl çəkmirlər. Bu vəziyyətdə Ukrayna Silahlı Qüvvələri Rusiyanın artilleriya sahəsində beş qat üstünlüyünü zərərsizləşdirmək üçün PUA-lardan istifadəyə getdikcə daha çox müraciət edir. Ancaq o da qeyd olunur ki, dronlar effektiv vasitə olsa da, “böyük silahlarla” müqayisə oluna bilməz: “Onlar (dronlar) düşmənə o qədər də də böyük psixoloji təzyiq göstərmirlər. Həm də Ukraynanın elə də çoxlu PUA ekipajı yoxdur".

Yazıda bildirilir ki, Ukraynanın çətinliklərinə baxmayaraq, Rusiyanın hücumları ciddi nəticə vermir və böyük itkilərlə nəticələnir: “Donetsk vilayətindəki Avdeyevkaya hücum başlayandan bəri Rusiya ordusu, Amerika kəşfiyyatının məlumatına görə, 13 min ölü və yaralı əsgərini, həmçinin 365 tankını və 700-ə yaxın zirehli texnikasını itirib”.

“The Washington Post” öz mənbələrinə istinadla bildirir ki, yanvarın sonunda Ukrayna Silahlı Qüvvələrinin komandanı Valeri Zalujnı Ukrayna Prezidenti Volodimir Zelenskiyə itkilərin yerini doldurmaq üçün 500 min ukraynalını səfərbər etməyi təklif edib. Lakin Zelenski bundan imtina edərək izah edib ki, Kiyevin bu qədər səfərbər edilmiş insanları lazım olan hər şeylə təmin etmək üçün kifayət qədər vəsaiti yoxdur. Son olaraq, Zelenski ilə Zalujnı arasında narazılığın kökündə duran əsas məsələlərdən birinin məhz səfərbərliyin miqyası ilə bağlı olduğu bildirilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol