Menu

ABŞ hərbçilərinin terrorçulara təlim keçdiyi düşərgəyə zərbə endirilib

05.02.2024, 15:30
ABŞ hərbçilərinin terrorçulara təlim keçdiyi düşərgəyə zərbə endirilib

ABŞ ötən həftə İranın proksi qüvvələrinə qarşı genişmiqyaslı hücumundan sonra ilk cavab zərbəsi qəbul edib.

Ötən gecə  İraq İslami Müqaviməti təşkilatı Suriyanın şərqindəki Deyr əz-Zövr vilayətində Amerika hərbçilərinin də olduğu Al-Omar təlim bazasına dron zərbəsi endirib. Nəticədə  Qərbin “Suriya Demokratik Qüvvələri” adlandırdığı PYD terror təşkilatının üzvü oan 6 kürd terrorçusu məhv edilib, daha 14 nəfər yaralanıb.

Məlumata görə, sözügedən bazada kürd terrorçularına təlim keçilir. Zərbənin ABŞ qüvvələri arasında itkiyə səbəb olmadığı bildirilir.

İraq İslami Müqavimət silahlı qruplaşmasının hücuma görə məsuliyyəti öz üzərinə götürdüyü və dronun havaya qalxmasının əks olunduğu video paylaşıb.

Xatırladaq ki, sözügedən qrupun yanvarın sonunda endirdiyi dron zərbəsi nəticəsində 3 ABŞ hərbçisi həlak olub, 30-dan çoxu yaralanıb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol