Menu

Füzulidəki Mərkəzi Kitabxanada yanğın olub

05.02.2024, 23:43
Füzulidəki Mərkəzi Kitabxanada yanğın olub

Bu gün axşam saatlarında Füzuli rayon 1-ci Zobcuq qəsəbəsində yerləşən Füzuli rayon Mərkəzi Kitabxanasının inzibati binasında yanğın baş verib.

APA xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

"Yanğın qeyri-iş saatında baş verdiyi üçün xəsarət alan olmayıb. FHN-in əməkdaşlarının müdaxiləsi nəticəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda vəziyyət nəzarət altındadır. Dəymiş ziyanın həcmi, hadisənin baş vermə şəraiti araşdırılır. Araşdırma yekunlaşdıqdan sonra nəticə barəsində məlumat veriləcək", - deyə qeyd olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol