Menu

Güney Azərbaycan Milli Hərəkatının fəalı həbs edilib - FOTO

06.02.2024, 16:06
Güney Azərbaycan Milli Hərəkatının fəalı həbs edilib - FOTO

Güney Azərbaycan Milli Hərəkatının fəalı Murtaza Pərvin bu gün səhər saatlarında Ərdəbil şəhərinin təhlükəsizlik qüvvələri tərəfindən həbs olunub.

Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.

Məlumata görə, milli fəalın hansı ittihamlarla həbs edilməsi və haraya aparılması bəlli deyil.

Qeyd olunub ki, Murtaza Pərvin daha öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə həbs və təhdid edilib, habelə ona 40 zərbə şallaq cəzası da verilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol