1 yanvar 2023-сü il tarixinə olan məlumata görə, Şəmkir rayonunda əhalinin sayı 216184 nəfər olub.
Bu barədə Modern.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilib.
Şəmkir əhalisinin 109 242 nəfərini kişilər, 106 942 nəfərini qadınlar təşkil edib.
Rayonda əhali sayı çox olan yaşayış məntəqələri bunlardır: Şəmkir şəhəri, Kür qəsəbəsi, Zəyəm qəsəbəsi, Çinarlı qəsəbəsi, Dəllər qəsəbəsi, Səməd Vurğun qəsəbəsi.
Rayonda doğulanların gözlənilən ömür uzunluğunun 76 yaş olduğu bildirilir.
Rəsmi məlumata görə, 2022-ci ildə Şəmkirdə 1163 nikah bağlanıb, 238 boşanma qeydə alınıb.
Dövlət Statistika Komitəsi əhalinin sonuncu siyahıyaalınması (2019-cu il) zamanı Şəmkir rayonunda yaşayan əhalinin milli (etnik) tərkibini də müəyyənləşdirib. (Siyahıyaalma zamanı vətəndaş milliyətini könüllü əsasda bildirə də, bildirməyə də bilər).
Məlum olub ki, Şəmkir Bakı şəhərindən sonra ermənilərin ən çox yaşadığı bölgədir. (Bakıda 74 nəfər milliyətinin erməni olduğunu etiraf edib).
Belə ki, sonuncu siyahıyaalma zamanı Şəmkirdə yaşayan 38 nəfər (13 kişi, 25 qadın) erməni milliyətindən olduğunu bildirib.
Şəmkirdə say çoxluğuna görə azərbaycanlılardan sonra türklər, ruslar və ermənilər gəlir.
Şəmkir rayonunda yaşayan əhalinin milli (etnik) tərkibinə dair rəsmi məlumatı təqdim edirik:



Şərhlər
Hörmətli Azpolitika, bir araşdırma aparın görək bu siyahını kim tərtib edib? Kim bu milli tərkibi bu cür təsnifatlandırıb? Kim ona ixtiyar verib ki, millətimizə YARLIK YAPIŞDIRIR. Azərbaycanlılıq anlamı bu ölkədə yaşayan bütün insanları miliyyətidən asılı olmayaraq ehtiva edir.Kimdir içimizdə oturub bizi milli kimliyimizdən uzaqlaşdırmağa cəhd və cürət edən?
Hörmətli redaktor Elnur Məhərrəmli, əziz Cəlal müəllim, sizdən bu məsələni çox ciddi şəkildə araşdırmanızı xahiş edirəm. Türk olduğumuz halda özümüzü türk adlandırmağa qoymayan KİMDİR? Əgər bu məsələyə biganə qalsanız gerçəkdən də şəxsinizə olan simpatiyam itmiş olacaq.