Menu

Qazaxıstanda maska rejimi bərpa olunur

09.02.2024, 13:27
Qazaxıstanda maska rejimi bərpa olunur

Qazaxıstan vətəndaşlarına yeni növ koronavirus infeksiyası və qızılcadan qorunmaq üçün yenidən maska taxmaq tövsiyə olunur.

APA-nın Mərkəzi Asiya bürosu Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin Baş Dövlət Sanitar Həkimi Ayjan Esmaqambetovanın göstərişində deyilir.

Qərarda hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması üçün profilaktik tədbirlərin gücləndirilməsinin vacibliyi qeyd olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol