ABŞ-də hər 5 seçicidən 4-ü Prezident Co Baydenin növbəti dəfə ölkəyə rəhbərlik etmək üçün çox yaşlı olduğunu düşünür.
“AzPolitika.info” xəbər verir ki, bu fakt “ABC News/Ipsos” tərəfindən aparılan sorğu zamanı ortaya çıxıb.
Belə ki, sorğuda iştirak edənlərin 86 faizi 81 yaşlı Co Baydeni ikinci müddətə prezident olmaq üçün “çox yaşlı” hesab etdiklərini bildiriblər. Fevralın 9-10-da keçirilən sorğuya görə, eyni auditoriyanın 59 faizi ABŞ-nin keçmiş Prezidenti Donald Trampın da ikinci müddət üçün çox yaşlı olduğunu qeyd ediblər.
Eyni sorğuya görə, ABŞ seçicilərinin əksəriyyəti (44-26 faiz) Trampın ölkə sərhədlərini Baydendən daha yaxşı qoruyacağına inanır. Bundan əlavə, getdikcə daha çox amerikalı iqtisadiyyat, cinayətlə mübarizə və inflyasiya kimi məsələlərdə Baydendən daha çox Trampa etibar edir.
Xatırladaq ki, 2023-cü ilin sentyabrında ABŞ-də keçirilən seçki sorğusunda Baydeni yaşlı görənlərin nisbəti 73 faiz idi. Altı ay ərzində 13 faizlik bir artımın qeydə alınması olduqca maraqlı bir tendensiyadır.
“AzPolitika.info”


Şərhlər
kreslo her ölkədə şirinmiş