Menu

ÜST-dən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ

12.02.2024, 21:46
ÜST-dən dünyada yeni pandemiya barədə XƏBƏRDARLIQ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus dünyanın yeni pandemiyaya hazır olmadığını bildirib.

"Trend" xəbər verir ki, Gebreyesus bu barədə Dubayda keçirilən Dünya Hökumətlər Sammitində çıxışında deyib.

"COVID-19-un dərsləri yaddan çıxmış ola bilər, çünki dünya ictimaiyyətinin diqqəti hazırda digər böhranlara yönəlib", - o deyib.

Onun sözlərinə görə, bəşəriyyət gec, ya da tez yeni naməlum "X xəstəliyi" ilə üzləşəcək və buna indidən hazırlaşmaq lazımdır.

Gebreyesus yeni pandemiyanın qrip virusu və ya koronavirus, yaxud haqqında hələ bilmədiyimiz yeni patogen tərəfindən törədilə biləcəyini qeyd edib.

Şərhlər

Etibar 2024-02-12 23:33:19

Mənim heç bu gədədən xoşum da gəlmir, gözüm də su içmir... Bu lotunun dedikləri bir az bizdəki qiymət qaldırma oyununa bənzər bir oyuna oxşayır. Əvvəlcə qəzetlərdə qiymətin qalxa biləcəyin yazırlar və sonra tarif şurası bunu " təsdiqləyir" . Bu gədə xoşuma gəlmir...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol