Menu

Braziliya Qayana ilə sərhədə minlərlə əlavə canlı qüvvə yerləşdirəcək

12.02.2024, 23:20
Braziliya Qayana ilə sərhədə minlərlə əlavə canlı qüvvə yerləşdirəcək

Braziliya Qayana ilə sərhədə əlavə iki min hərbçi göndərəcək.

“Sərhəddəki vəziyyət bizi strateji planda nəzərdə tutulan bəzi dəyişiklikləri daha tez həyata keçirməyə məcbur edir”, - ölkə hökumətinin açıqlamasında deyilir.

Bildirilir ki, son aylarda Qayana ilə həmsərhəd Rorayma ştatında motoatıcı, zirehli texnika və artilleriya qüvvələrinin sayı demək olar ki, üç dəfə artırılıb.

Xatırladaq ki, hazırda Venesuela Qayananın Essekibo vilayətinə iddia edir və bu fonda bölgədə vəziyyət bir qədər gərginləşib. (Mənbə: TASS)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol