İraq ordusundakı korrupsiya haqqında istintaqda aşlar olunub ki, ordunun maaş cədvəlində 50 000 saxta ad var idi.
Əsgərlər ya mövcud deyildi, yaxud da daha işləmirdilər, amma onların maaşı hələ də verilirdi. Bu, orduda "kabus əsgərlər" kimi tanınır.
Baş nazirin ofisinin bəyanatında deyilir ki, ödənişlər artıq dayandırılıb.
Müxbirlər deyirlər ki, İraq ordusundakı korrupsiya, İslam Dövləti döyüşçülərinə qarşı mübarizənin uğursuz olmasının səbəblərindən biri kimi qəbul olunur.
AFP agentliyinin Baş nazir Haidar al-Abadinin sözçüsündən gətirdiyi sitata görə, istintaq axırıncı ödənişlər ediləndən sonra başlayıb.
"Son bir neçə həftə ərzində baş nazir kabus əsgərləri ifşa etməyə və problemin səbəblərini aşkar etməyə çalışıb", Rafid Jaboori deyib.
Deyilənə görə, korrupsiyaya uğramış zabitlər maaşları sifon vasitəsilə axıdıb.
AFP agentliyinə danışan, adı açıqlanmayan zabit deyib ki, 50 000 əsgər arasında həlak olmuş və ya fərari əsgərlərin adları da var.
ABŞ İraq ordusunu gücləndirmək üçün bir neçə milyard dollar xərcləyib. /BBC


Şərhlər