ABŞ hökuməti Nyu-York məhkəməsinə bildirib ki, sanksiyalara görə, “əl qoyulan” Rusiyadan olan iş adamının superyaxtası “Amadea”sun saxlanması üçün ildə 7 milyon dollar xərclənir.
“AzPolitika.info” “Reuters” agentliyinə istinadla xəbər verir ki, Vaşinqton məhkəmədən gəminin müsadirə olunmasının qanuniliyi məsələsi həll edilməmişdən əvvəl onun satışına icazə verilməsini istəyib.
106 metrlik “Amadea”ötən il aprelin 14-də Amerika hakimiyyətinin tələbi ilə Fici limanında saxlanılıb. ABŞ hökuməti iddia edir ki, dəyəri 325 milyon dollar olan yaxta Qərbin sanksiyaları altında olan rusiyalı milyarder Süleyman Kərimova məxsusdur. Yaxtanın sahibi olan şirkət isəməhkəmədə bu qərara etiraz edir.
Onun vəkilləri “Amadea”nın Kərimova yox, “Rosneft”in keçmiş rəhbəri Eduard Xudainatova məxsus olduğunu iddia edirlər. O, ABŞ sanksiyaları altında deyil, ona görə də iş adamının vəkilləri gəminin geri qaytarılmasını tələb edirlər.
Sənədlərə görə, Xudainatov başqa bir super yaxta - "Şəhrəzad”ın sahibidir. Araşdırmaçı jurnalistlər gəminin əslində Rusiya Prezidenti Vladimir Putinə aid olduğunu iddia edirlər.
Səlahiyyətlilərin“Amadea” üçün aylıq 600,000 dollarlıq saxlama xərclərini ödəmək üçün iş adamı ilə apardığı danışıqlar da nəticəsiz qalıb.
“AzPolitika.info”


Şərhlər