Şəmkirdə kütləvi zəhərlənmə faktı qeydə alınıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə Şəmkir şəhərin 20 Yanvar küçəsində yerləşən dönərxanaların birində qeydə alınıb.
2015-ci il təvəllüdlü Renat Quluyev, 2015-ci il təvəllüdlü Cihat Cəlilov, 2015-ci il təvəllüdlü Zəhra Nadirova, 2015-ci il təvəllüdlü İpək Məmmədova, 2020-ci il təvəllüdlü Ruzi Məmmədov, 2014-cü il təvəllüdlü Asəf Məmmədli, 2017-ci il təvəllüdlü Banu Məmmədli, 2018-ci il təvəllüdlü Ömər Məmmədov, 2013-cü il təvəllüdlü Sunal İsgəndərov və 2008-ci il təvəllüdlü Aysu Məmmədova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, uşaqlar dönər yedikdən sonra zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Qida Təhlükəsizliyi Agentliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.


Şərhlər
AQTA nəzarət funksiyasını unudub yalnız rüşvət toplamaqla məşğul olanda belə halların baş verməsi adi haldır. Bu agentliyin fəaliyyətnə nəzarət edəcək qurum isə kənardan baxır və pay bölgüsündə iştirak etməklə işini birmiş hesab edir.Yuxarılar isə öz gəlirlərini hesablayır. Əhali yada düşmür.Bu Azərbaycanın real vəziyyətidir.İşsizlik.özbaşınalıq,məmurların səhləjarlığları baş alıb gedir.