Azərbaycan Mərkəzi Bankı13 fevral 2024-cü il tarixində keçirilmiş valyuta hərracında əvvəlki hərraclarla müqayisədə yüksək məbləğin, yəni tələbin 151,1 milyon ABŞ dolları təşkil etməsinin səbəblərini açıqalyıb. Xatırladaq ki, fevralın 2 həftəsində hərralarda 371 milyon dollara qədər valyuta satılıb.
Ekspertlər Mərkəzi Bankı tənqid edərək yüksək dollar təlabatının səbəblərini açıqlamağa çağımışdılar. Bu gün baş bankdan verilədən açıqlamada bildirilib ki, son hərraclarda valyutaya tələbin aktivləşməsi mövsümi xarakter daşıyır.
“Bu əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi, o cümlədən ərzaq və kənd təsərrüfatı məhsullarının gətirilməsi ilə əlaqədardır”, - qeyd olunur.
Mərkəzi Bank xatırladır ki, 2023-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələmişdir.
"Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir",- Mərkəzi Bankdan bildirilib.
“AzPolitika.info”


Şərhlər