İstanbulda Qafqaz əsilli bir qrup uşaq Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə etiraz edib.
SalamNews-un “Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, Qalatasaray Liseyi qarşısında toplanan İnsanlığı Müdafiə və Qardaşlıq Dərnəyinin (İMKANDER) mühacir məktəblərində oxuyan Çeçenistan, Tatarıstan, Dağıstan və Krım vətəndaşı olan təxminən 50 uşaq "İşğalçı Rusiya, Çeçenistandan rədd ol!", "Uşaq qatili Putin", "Boyun əyməyəcəyik!", "İşğalçı Rusiya, Qafqazdan rədd ol!" sözlərinin yazıldığı plakatları İstanbuldakı Rusiya konsulluğunun qarşısına qoyub.
İMKANDER sədri Murat Özer jurnalistlərə verdiyi açıqlamada bu fəalların Qafqazdan Türkiyəyə sığınmış ailələrin uşaqları olduğunu bildirib.
Rusiyanın Çeçenistan müharibəsində 42 mini uşaq olmaqla, 250 min nəfəri öldürdüyünü vurğulayan M.Özer uşaqların həmin müharibədə həyatını itirən insanların xatirəsini yad edərək səssiz yürüş keçirdiklərini söyləyib.


Şərhlər