Menu

"Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb" - Mikayıl Cabbarov

15.02.2024, 10:18
"Azərbaycan iqtisadiyyatı bu ilə yüksək göstəricilərlə başlayıb" - Mikayıl Cabbarov

2024-cü ilə Azərbaycan iqtisadiyyatı yüksək göstəricilərlə başlayıb.

“APA-Economics” xəbər verir ki, bunu iqtisadiyyat nazirinin səlahiyyətlərini icra edən Mikayıl Cabbarov bu gün keçirilən “Vergi sistemi yeni inkişaf dövründə: davamlı iqtisadiyyat üçün strateji hədəflər” adlı Forumda deyib.

O bildirib ki, ölkəmizdə neft-qaz hasilatının proqnozlaşdırılandan enməsi, dünya bazarlarında qiymətlərin aşağı düşməsi fonunda ÜDM-in nominal həcminə təsirlər təbii və gözlənilən idi.

"Buna baxmayaraq, biz prosesə hazır idik. Son illər qeyri-neft-qaz sektorunda aparılan islahatlar və dəstək tədbirləri bu gün iqtisadi artımın dayanıqlığını təmin edir. 2023-cü ildə qeyri-neft-qaz sektoru 3,7% artım dinamikasına malik olub", - deyə M. Cabbarov əlavə edib.

Şərhlər

Hüseyn Əliyev. 2024-02-15 14:45:23

Azərbaycan iqtisadiyyati bərbad vəziyyətdədir.Onun sübutu insanlarin həyat səviyəsində təzahür eləyir....

Vətəndaşdan Mikayıl Cabbaroval 2024-02-15 14:11:31

Mukayıl bəy düz deyir.Yüksək göstəricilər dedikdə artan yüksələn qiymətlərdən,ölkənin getdikcə artan import asılığından.əhalinin yaşam ehtiyaclarının yüksək çətinliklərindən, yüksək artan işsizlikdən.getdikcə artan boşanmalar sayında yüksək artımlardan və sair yüksəlişləri uzaqdan seyr etdiyindən danışır.Afərin belə kadrlara! Doğrudan fəlakətdir

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol