Menu

Mehriban Əliyeva akademik Arif Paşayevi təbrik edib

15.02.2024, 14:04
Mehriban Əliyeva akademik Arif Paşayevi təbrik edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayevi 90 illik yubileyi münasibətilə təbrik edib.

Birinci vitse-prezidentin sosial şəbəkə hesablarında paylaşdığı təbrikində deyilir:

"Gözəl ata, qayğıkeş baba, nurlu, mehriban İnsan! 90 illik yubileyin mübarək! Sənə möhkəm cansağlığı və gözəl əhvali-ruhiyyə arzulayıram! Uca Tanrı səni bütün qada-balalardan hifz etsin! Səni çox sevirik! Ömrün uzun olsun! Allah bütün valideynləri qorusun".

Şərhlər

Roma 2024-02-15 15:32:28

Allah can sağlığı versin, görkəmli ziyalımıza, alimimizə...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol