Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqın şimalında yerləşən Kürdüstan Regionunun rəhbərliyinə PKK terror qruplaşması və onun qollarına dəstəklə bağlı xəbərdarlıq edib.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, dövlət başçısı həmin ərazidə terror qruplaşmalarının yeni təşkilatlanma hallarının müşahidə edildiyini bildirib.
Misirdən rəsmi səfərindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandıran R.T.Ərdoğan söyləyib ki, İraqın şimalındakı yerli hakimiyyətə əvvəllər də dəfələrlə xəbərdarlıq ediblər:
“Orada yeni-yeni təşkilatlanmalar görürük. Süleymaniye, dəfələrlə xəbərdarlığımıza baxmayaraq PKK/YPG/PYD terror təşkilatlarına qol-qanad verməyə davam edir. Biz bu məsələni də gündəmə gətirdik. Kimsə bizdən fərqli mövqe gözləməsin, lazımi reaksiyanı verəcəyik. Əlimizdən gələn addımları atırıq, atacağıq. Məsələ təhlükəsizliyimizdirsə, nə lazımdırsa, onu da edəcəyik. Məqsəd bizə qarşı düşmənlikdirsə, buna qarşı da verəcək cavabımız var”.


Şərhlər
Elə millətlər var ki, çox rahat yaşayırlar. Varlıqları belə sezilmir. Amma türk olmaq və türk kimi yaşamaq nə qədər şərəfli olsa da çox cətin imiş. Çünki hər yetən ona bir daş atır. Ya qorxusundan, ya da paxıllığından.