Menu

Böyük Britaniyanın Baş naziri də İlham Əliyevi təbrik edib

15.02.2024, 16:46
Böyük Britaniyanın Baş naziri də İlham Əliyevi təbrik edib

Böyük Britaniyanın Baş naziri Rişi Sunak Azərbaycanla Ermənistan arasında münaqişəyə son qoymaq üçün tarixi bir şans olduğunu bəyan edib.

“Report”un məlumatına görə bunu Baş nazir Azərbaycan Prezidenti İlham Əliyevin seçkilərdə qalib gəlməsi münasibətilə göndərdiyi təbrik məktubunda yazıb: “Mən, Ermənistanla sülh əldə etmək istiqamətində göstərilən səylər barədə də məlumatlıyam. Bu, münaqişəyə son qoymaq üçün tarixi bir şansdır. Mən davamlı müqavilənin hər iki ölkənin və ümumilikdə bütün regionun rifahı və sabitliyi üçün gətirəcəyi böyük faydaları yüksək qiymətləndirirəm. Davamlı sülhə nail olunmasında hər iki ölkəyə Böyük Britaniyanın davamlı dəstəyini bir daha vurğulayıram”.

Şərhlər

ƏNHU 2024-02-16 00:02:03

Bu nətəri təbrikdi? Ermənistanın, slhün məələyə nə dəxli var. Təpənə dəysin təbrikin. Qoz boyda ermənistan nə matağ olub hamı üçün.Doğrudanmı bu prezidentlər içində bir ağıllı və obyektiv olanı yoxdur? Niyə bunların həqiqəti deməyə kişilkləri çatmır.Mən cümhuriyyətçilərin bu canavar coxnaqları arasında nələr çəkdiyini təsəvvür edirəm.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol