Menu

AZAL-ın Moskva-Gəncə təyyarəsi Bakıya məcburi eniş enib

16.02.2024, 17:05
AZAL-ın Moskva-Gəncə təyyarəsi Bakıya məcburi eniş enib

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

Şirkətdən verilən məlumata görə, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol