Menu

Əhmədə tibbi arayış verən həkimlərin adları məlumdur - "Cinayət məsuliyyəti daşımalıdırlar"

16.02.2024, 20:10
Əhmədə  tibbi arayış verən həkimlərin adları məlumdur - "Cinayət məsuliyyəti daşımalıdırlar"

Ailə üzvlərini qətlə yetirməkdə təqsirləndirilən Əhməd Əhmədov psixiatriya xəstəxanasında qeydiyyatda olub və bir neçə dəfə müalicə alıb. Bütün bunlara baxmayaraq, o, sürücülük vəsiqəsi üçün lazım olan tibbi arayışları necə əldə edib?

Media.Az bununla əlaqədar I kateqoriyalı həkim, psixiatr Abdulla Şıxlinski ilə danışıb.

Ekspertin sözlərinə görə, sürücülük vəsiqəsinin alınması prosesi dövlət tibb müəssisəsinin psixiatr və narkoloqunun məcburi rəyini tələb edir.

“Yəni özəl klinikanın belə sənədləri vermək səlahiyyəti yoxdur. Bu o halda mümkündür ki, tibb müəssisəsinin ekspert rəyi verməyə imkan verən xüsusi lisenziyası mövcuddur, həmçinin bu cür arayışların yoxlanılması və verilməsi üçün ixtisaslaşdırılmış komissiya var”, - deyə o vurğulayıb.

Həkim təəssüflə bildirib ki, bizim dövlət klinikalarında belə müayinə düzgün aparılmır və bu, böyük problemdir.

“Hər şey, bir qayda olaraq, çox formaldır: Həmin şəxsin dispanser müşahidəsində olub-olmadığı yoxlanılır. Cavab mənfi olarsa, ona arayış verilir”, - deyə A.Şıxlinski bildirib.

Ekspert vurğulayıb ki, hazırda bütün məlumatlar elektron sistemdədir və əgər yoxlama zamanı bir şəxsin dispanser müşahidəsində olduğu, ya bir dəfə psixiatriya xəstəxanalarında stasionar müalicə aldığı üzə çıxarsa, ona arayış verilməməli idi.

O, xatırladıb ki, qətldə şübhəli bilinən Əhməd Əhmədov beş dəfə Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasında stasionar müalicədə olub: “Təbii ki, o qeydiyyatda olduğu yerdə psixiatrın daimi dispanser nəzarətində qalmalı idi. Lakin buna baxmayaraq, həmin şəxsə sürücülük vəsiqəsi almaq üçün rəy verilib”.

A.Şıxlinski bütün bu sənədlər və tibbi arayışların Daxili İşlər Nazirliyi orqanlarında saxlanıldığını deyib:

“Bu sənədlər əsasında Ə.Əhmədova hansı tibb müəssisəsinin rəy verdiyini rahatlıqla yoxlamaq mümkündür”, - deyə o əlavə edib.

Ekspert onu da qeyd edib ki, Ə.Əhmədova arayış verən həkimlər cinayət məsuliyyəti daşımalıdırlar.

“Psixi cəhətdən sağlam olmayan adamın maşın sürməsi ilə yanaşı, onun vəziyyətinə heç kim nəzarət etməyib. Bu onun müalicə alan həkiminin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verir”, - deyə A.Şıxlınski vurğulayıb.

Şərhlər

RR 2024-02-17 05:02:49

Qadinlarin 100% i pravani pulnan alirlar) Derdee

dadaşyev 2024-02-17 00:03:13

Ümumiyyətlə,bizim cəmiyyətdə müstəqillik dövründə varlananların əksəriyyətinin uşaqları debil kimi böyüyür,çünki uşaqlıqdan onları göydən qızıl zənbillə düşmüş birisi kimi yağ içində böyrək kimi böyüdürlər,yemək-içmək pal-paltar oyuncaqlar filanlar versələr də önəmli olan şeyi---tərbiyəni verməyi unudurlar.Nəinki yad bir yaşlı adam,hətta doğmaca əmi dayı xala bibi " a bala,dinc dayan,səs salma" deyə adam kimi söz deyən kimi də o saat qartal kimi şığıyırlar ki,"eheey,mənim uşağıma heç kim güldən ağır söz deyə bilməz haa".Nəticədə uşaq bir kimsəni adam yerinə qoymadan böyüyür,vecsizin,eşşəyin,eqoistin,heyvərənin biri olur,sonu da bax bu cür hadisələrlə bitir. Keçən yay "Sea Breeze"dəki hadisədə nə qədər gənc dava salmışdı?Və səbəb nə idi?Bir adam restoranda o birinə salam verərkən söyülmüşdü.Vəssalam.Dalınca dava,qan,ölüm.Çünki ailədə körpəlikdən lazımi tərbiyə almayıblar,çünki yalnız yedirilib içirilib geyindiriliblər,tərbiyə isə verilməyib,göydən qızıl zənbillə düşdükləri üçün.

dadaşyev 2024-02-16 22:11:41

Yəni 15 yaşlı yeniyetməni bıçaqlayanda və 44 günlük müharibə ərəfəsində müharibəyə aparılmaq ehtimalı yarananda həkimlər deyiblər dəlidi bu oğlan,prava almaq lazım olanda isə deyiblər sağlamdı,maşın sürə bilər.Onda demək prava verənin təqsiri olmayıb.Prava verənlərin həmişə bircə təqsiri olur:pravanı 1000 manata verirlər.Qəti oxumadan,sadəcə imtahan günü gedirsən,qoyun kimi oturursan,özləri gəlib lazımi düyməni basıb gedirlər.Vəssalam.Həkimlərin isə təqsiri budur ki,maaşları çox azdı,odur ki baxıblar ki athaatdı,onlar da atıblar.Çünki atalardan qalma bir məsəl var,deyir gördün athaatdı,sən də at.Bütün idarə və təşkilatlarda şıdırğı korrupsiya baş alıb gedir deyə sonu belə faciələrə gətirib çıxaracaq təbii ki.Korrupsiya o dərəcədədi ki,hər bir idarə və təşkilatın girişində sadəcə böyük hərflərlə belə plakat asmaq çatmır:"Odur ee,Kərbəlayı vurdu kolxozu dağıtdı,ona neylədilər ki bizə neyləsinlər?"

Elşən 2024-02-16 21:43:06

O həkimləri günahlandırıb özünüzü biabır etməyin güya hər yerdə qanun işləyir bir qaldı o həkimlər . Azərbaycanda hər yerdə karubsiya var hamı görür

ƏDALƏT 2024-02-16 18:17:27

Onu dəlixanadan buraxan həkimi ömürlük həps etmək lazimdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol