Menu

Meksikada zəlzələ olub

18.02.2024, 10:28
Meksikada zəlzələ olub

Meksikanın Herrero ştatında 5,1 maqnitudada zəlzələ qeydə alınıb.

“Report”un xəbərinə görə, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ 187 min nəfər əhalisi olan Çilpansinqo şəhərinin 43 kilometr cənub-qərbində baş verib.

Zəlzələ ocağı 80 kilometr dərinlikdə yerləşib. Dağıntı və ya tələfat barədə məlumat verilmir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol