Menu

Almaniya və Fransa Ukraynanı NATO-ya buraxmayacaq

18.02.2024, 13:12
Almaniya və Fransa Ukraynanı NATO-ya buraxmayacaq

“Paris və Berlin təhlükəsizlik zəmanətləri ilə bağlı ikitərəfli sazişlərin imzalanmasına baxmayaraq, Ukraynanın NATO-ya üzv olmasına icazə verməyəcəklər”.

Bu barədə Çinin “Global Times” qəzetinə müsahibəsində hərbi şərhçi Sun Çunpin bildirib.

O qeyd edib ki, bağlanmış sazişlər daha çox siyasi öhdəlik rolunu oynayır.

“Uzunmüddətli perspektivdə bu ölkələr Rusiya ilə birbaşa hərbi münaqişələrdən qaçacaq və Ukraynanın NATO-ya üzv olmasına imkan verməyəcəklər”, - Çunpin əminliyini ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol