Menu

“Coca-Cola”nın direktoru Rusiyada müəmmalı şəkildə yoxa çıxdı

02.12.2014, 09:10
“Coca-Cola”nın direktoru Rusiyada müəmmalı şəkildə yoxa çıxdı

Rusiyanın Sankt-Peterburq şəhərində imkanlı iş adamı itkin düşüb.

Virtualaz.org saytı “İnterfax” agentliyinə istinadən xəbər verir ki, “Coca-Cola HBC” zavodunun direktoru, 37 yaşlı Dmitri Soşnev artıq üç gündür ki, müəmmalı şəkildə yoxa çıxıb. Hüquq-mühafizə orqanları hazırda biznesmenin axtarışı ilə məşğuldur.

37 yaşlı biznesmenin yoxa çıxması barədə məlumat hüquq-mühafizə orqanlarına D.Soşnevin anası tərəfindən verilib. Qadın noyabrın 30-da polisə müraciət edərək oğlunun cümə günü - noyabrın 28-də evdən işə getdiyini və bu günə qədər qayıtmadığını bildirib. Əlavə edib ki, bu müddət ərzində oğlundan heç bir xəbər tuta bilmir - nə oğlu zəng edir, nə də ona zəng çatır...

Polislər onu da dəqiqləşdirib ki, D.Soşnevə telefonundan gələn zənglər noyabrın 28-də müəssisənin ərazisini tərk edəndən dərhal sonra dayanıb. Amma noyabrın 28-də axşam kimsə onun parolu ilə internetə girib.

D.Soşnev işə “BMW” markalı avtomobillə gedib. Maşın artıq tapılıb. Onun sahibindən isə hələ də bir xəbər yoxdur. Yalnız o məlumdur ki, Soşnev yoxa çıxan gün onun üstündə böyük məbləğdə pul olub. Direktoru zavodun ərazisində son dəfə elə noyabrın 28-də görüblər.

Qeyd edək ki, “Coca-Cola HBC” Rusiyanın alkoqolsuz içkilər bazarında böyük çəkiyə malikdir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol