Menu

Gəncədə azyaşlı qız xəstəxanda ölüb

20.02.2024, 08:46
Gəncədə azyaşlı qız xəstəxanda ölüb

Gəncədə 9 yaşlı qız xəstəxanada ölüb.

APA-nın yerli bürosunun məlumatına görə, Gədəbəy rayon sakini, 2014-cü il təvəllüdlü Ruqəyya Həsənova xəstəxanaya ağır vəziyyətdə gətirilib.

Lakin həkimlərin səylərinə baxmayaraq 9 yaşlı qız xəstəxanada ölüb. Bildirilir ki, R.Həsənova 20 gün bundan əvvəl qızılcaya yoluxub. İlkin məlumata görə azyaşlı ağciyərlərinə su yığılmasından ölüb. Ölüm hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol