Menu

Rusiya-Ukrayna müharibəsi Azərbaycana da zərər vurub – Ticarət dövriyyəsi 3 dəfə aşağı düşüb

20.02.2024, 21:17
Rusiya-Ukrayna müharibəsi Azərbaycana da zərər vurub – Ticarət dövriyyəsi 3 dəfə aşağı düşüb

2021-ci ildə Ukrayna - Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 922 milyon dollar olub. Bu göstərici ilə Ukrayna Azərbaycanın ən böyük ticarət dövriyyəsinə malik olduğu 7-ci ölkə idi. Savaş başlayandan sonra - 2022-ci ildə Azərbaycanla Ukrayna arasındakı ticarət dövriyyəsinin həcmi 618 milyon dollara enib.

Dövlət Gömrük Komitəsinin ötən ilin yekunları ilə bağlı açıqladığı rəqəmlərdən aydın olur ki, 2023-cü ildə ticarət dövriyyəsinin həcmində azalma davam edib və ticarət həcmi 354 milyon dollara enib. Başqa deyimlə, savaşöncəsi dövrlə müqayisədə iki ölkə arasındakı ticarət həcmi 2.6 dəfə azalıb.

Açıqlanan rəqəmlərin analizi göstərir ki, müharibə Azərbaycanın Ukraynaya olan ixracına daha çox zərər vurub. Belə ki, müharibədən öncəki illə müqayisədə ötən il Azərbaycanın Ukraynaya ixracdan əldə etdiyi gəlir 452 milyon dollardan 118 milyon dollara geriləyib. Başqa sözlə, 3.8 dəfə aşağı düşüb. 

Eyni dövr ərzində Ukraynanın Azərbaycana ixracı isə iki dəfə azalaraq 470 milyon dollardan 235 milyon dollara geriləyib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol