Menu

Putin Navalnının qatillərini mükafatlandırdı – “Müxalifət liderinin həmin gün öldürülməsi təsadüfi deyil...”

20.02.2024, 22:33
Putin Navalnının qatillərini mükafatlandırdı – “Müxalifət liderinin həmin gün öldürülməsi təsadüfi deyil...”

Navalnının ölümündən sonra Putin Cəzaların İcrası üzrə Federal Xidmətin (FSİN) rəhbərliyini mükafatlandırıb. Xidmətin 2 direktor müavininin, o cümlədən Rusiya müxalifətçilərinin iddiasına görə, Navalnıya işgəncələr verdirən Valeri Boyarinev və 2 idarə rəisinin rütbələri yüksəldilib.

Siyasi təhlilçi Şahin Cəfərli bildirir ki, Navalnının Münhen Təhlükəsizlik Konfransının başladığı gün öldürülməsi təsadüf deyil: “Putin bütün addımları ilə həm ölkə daxilinə, həm də dünyaya bunu deyir ki, Navalnı məhz onun əmri ilə öldürülüb. Tiran bu davranışı ilə dövlətə nə dərəcədə hakimliyini, Rusiyada tək güc mərkəzinin özü oduğunu, ehtiyac duyarsa, başqa radikal qərarlar da verib, icra etdirə biləcəyini, məsələn, nüvə silahının tətbiqini nümayiş etdirmək, anlatmaq istəyir”.

Ekspert xatırladır ki, artıq beşinci gündür Navalnının meyiti ailəsinə verilmir. “Rejim yəqin ki, dəfn mərasiminə arzuolunmaz sayda insanın toplaşmasından ehtiyatlanır. Uzun sözün qısası, dünya bir manyakın əlində əsir-yesir qalıb. Amma belələrinin sonunun nə ilə nəticələndiyi də tarixdən məlumdur”, - o əlavə edib.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol