Menu

Gənclər təşkilatı Regionlarda Maarifləndirici tədbirlərini davam etdirir - Fotolar

22.02.2024, 11:24
Gənclər təşkilatı Regionlarda Maarifləndirici tədbirlərini davam etdirir - Fotolar

“Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gəncliyin Bəlası Narkomaniya: Necə xilas olmalı” adlı layihəsini Şabran rayonunda davam etdirib.

Tədbir 20 fevral 2024-cü il tarixində Şabran rayon Heydər Əliyev mərkəzində keçirildi. Tədbiri rayon İH-in hüquqşünası Ramin Ağayev açaraq iştirakçıları salamladı və layihənin məqsədi haqqında məlumat verdi. Təşkilatın icraçı direktoru Tələt Qəribov narkomaniya, onun yayılma səbəbləri, dövlətimizin bu sahədə gördüyü qabaqlayıcı tədbirlərdən geniş danışdı.

Rayon ağsaqqallar şurasının müavini Qədim Gamalov narkomaniyanın gənclər arasında qonşu dövlətlər tərəfindən məqsədli şəkildə yayılmasını qeyd etdi. O, gənclərimizə ayıq- sayıq olmalarını, yad təsirlərə uymamağı tövsiyə etdi. 

Rayon Gənclər idarəsinin nümayəndəsi Vüsal Abışov rayonda gənclər arasında bu mövzu ilə bağlı tədbirlərin mütəmadi aparıldığını söylədi. Rayon 1 nömrəli məktəbin müəlliməsi Aygün İsrafilova, rayon Polis Şöbəsinin əməkdaşı Vüqar Qasımov mözu ilə bağlı məktəblilər arasında daim proflaktik tədbirlərin keçirildiyini qeyd etdilər.

Tədbir çay süfrəsi ətrafında müzakirələrdən sonra başa çatmışdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol