ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Prezidenti Vladimir Putinin Şimali Koreya lideri Kim Çen Ina avtomobil hədiyyə etməsinə münasibət bildirib.
"AzPolitika.info" xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının (BMT TŞ) qətnamələrinin BMT-yə üzv dövlətlərin Şimali Koreyaya nəqliyyat vasitələri, o cümlədən lüks avtomobillər verməsini qadağan etdiyini bildirən Miller, Rusiyanı sözügedən qərarı növbəti dəfə pozmaqda günahlandırıb.
“Əgər bu doğrudursa, Rusiya BMT Təhlükəsizlik Şurasının qərarlarını bir daha pozur. Açığı mən rus lüks avtomobili deyə bir şeyin olduğunu bilmirdim. Ümid edirəm Kimin uzanmüddətli qarantiya da alıb. Əgər mən lüks avtomobil alsaydım, Rusiyanın baxacağım ölkə olacağına əmin deyiləm”,-deyə o qeyd edib.
“AzPolitika.info”


Şərhlər
Qiydirme mashindi ! bilesiz