Menu

MİT Suriyada PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib

22.02.2024, 12:01
MİT Suriyada PKK-nın rəhbər şəxslərindən birini zərərsizləşdirib

Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyada terrorçulara qarşı əməliyyat keçirib.

APA TRT Haber-ə istinadən xəbər verir ki, Suriyanın Kamışlı bölgəsində PKK-YPG-yə qarşı keçirilən əməliyyat nəticəsində terror təşkilatının rəhbər şəxslərindən olan "Renas Amed" ləqəbli Murad Atəş zərərsizləşdirilib.

Murad Atəş təşkilatın Suriya qolunda rəhbər şəxslərdən olub və Türkiyə Silahlı Qüvvələrə qarşı terror aktlarında iştirak edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol