Menu

Daha 6 Rusiya zabiti məhv edildi – Biri hərbi pilotdur (FOTO)

22.02.2024, 14:45
Daha 6 Rusiya zabiti məhv edildi – Biri hərbi pilotdur (FOTO)

Ukraynada məhv edilən Rusiya zabitlərinin sayı durmadan artır.

“AzPolitika.info” Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, ötən gün Rusiya ordusunun şərq cəbhəsindəki Döyüş istifadəsi və məlumatların işlənməsi şöbəsinin rəisi, kapitan Dmitri Razinkin məhv edilib.

Bununla yanaşı, son günlərdə məhv edilənlər arasında bir hərbi pilot da var. Belə ki, Rusiya Su-35 qırıcısının pilotu, kapitan Fyodor Qrabovetski donaraq ölüb. Təyyarəsi fevralın 19-da Azov dənizi üzərində vurulandan sonra kapitan katapultla özünü xilas etsə də, dənizə düşüb. Orada isə vaxtında kömək gəlmədiyindən soyuqdan donub.

Ukrayna ordusunun “Ştirlits” ləqəbli zabiti Anatoli Ştefan özünün “Telegram” kanalında son günlərdə ölən bəzi rusiyalı zabitlərin fotolarını paylaşıb.

Fotodakı birinci zabit sözügedən təyyarənin pilotudur. Digərləri isə kapitan Rinat Karbayev, baş leytenant Aleksey Qoryaçkin, leytenant Aleksandr Maslikov və kiçik leytenant Sergey Burdeynıdır.

Qeyd edək ki, son bir neçə gün ərzində Ukrayna Rusiyanın 7 təyyarəsini vura bilib. Ümumilikdə Rusiyanın 339 təyyarəsi və 325 helikopteri məhv edilib.

“AzPolitika.info”

Уничтожен еще ряд офицеров противника, поделились в ВСУ / коллаж с t.me/a_shtirlitz

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol