Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC 2022-ci ili 26,101 milyon manat xalis zərərlə başa vurub.
“Report” şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2021-ci ilə nisbətən 2,25 dəfə çoxdur.
Son nəticədə şirkətin 14,2 milyon manat bölüşdürülməmiş mənfəəti 11,901 milyon manat yığılmış zərərlə əvəzlənib.
2022-ci ildə “Aztelekom”un göstərdiyi xidmətlərdən gəlirləri 106,972 milyon manat (2021-ci illə müqayisədə 8,2 % çox), xidmətlərinin maya dəyəri 82,639 milyon manat (15,8 % çox), ümumi, inzibati və digər əməliyyat xərcləri 47,551 milyon mant (33,2 % çox), maliyyə aktivlərinin dəyərsizləşməsindən gəlirləri 1,784 milyon manat (əvvəlki il zərər olub), maliyyə xərcləri 1,982 milyon manat (20 dəfə çox), sair qeyri-əməliyyat gəlirləri 3,593 milyon manat (6,7 % çox), mənfəət vergisi ödəmələri isə 6,278 milyon manat (30,5 % çox) təşkil edib.
2023-ci il yanvarın 1-nə “Aztelekom”in aktivləri 270,852 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 16,5 % çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 73,7 % artaraq 77,286 milyon manata, balans kapitalı isə 3 % artaraq 193,566 milyon manata çatıb.
Xatırladaq ki, "Aztelekom" 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.


Şərhlər
Düzgün olmayan iqtisadi,texniki,insani siyaətin nəticəsi belə olmalıdır.İş başında sahədən xəbəri olmayanlar,bir necə vəzifə daşıyanlar rəhbərlik edir.
Bu zərərlərin eybəcər idarəetmənin zərbəsi xalqımıza dəyəcək.Kimlərinsə bacarıqsızlığının əvəzini biz ödəyəcəyiz.Son ildə 2 dəfə qiymət qaldırıblar yenə zərərdən danışırlar.Mənimsənilmiş pulların hesabının soruşulması vaxtıdır.Əks təqdirdə ixtisar edib yazıq rabitəçiləri çölə atacaqlar.
RABİTƏNİ RABİTƏDƏN XƏBƏRİ OLMAYANLAR İDARƏ EDƏNDƏ BELƏ OLACAQ.MONTYORLARA 450 MANAT VERİB ÖZLƏRİNƏ VƏ ÖZLƏRİ GƏTİRDİKLƏRİNƏ YÜKSƏK ƏMƏK HAQQI VERƏRƏK RABİTƏNİ MƏHV EDİRLƏR.BUNUN AXIRI ÇOX PİS OLACAQ.TƏCİLİ OLARAQ ƏSL RABİTƏÇİLƏR İŞ BAŞINA CƏLMƏSƏLƏR RABİTƏDƏN XƏBƏRİ OLMAYANLAR İNSANLARI İŞSİZ QOYACAQLAR.
Aztelekomun rehberi Fuad Allahverdiyev Merdeka Merdekanda 3 mertebe bir villa takib ki hech sheyxin bele villas yoxdu. Zehmet olmasa bu insani yoxlayin bu hele Avsttiyada da ev alib
Niyə?Özlərinə yüksək maaş,mükafat təyin etdiklərinə görə? Bəs hökumt hara baxır?Ölkənin nəzarət sistemi çöküb?Bu qədər özbaşnalıqlara niyə yol verilir?Eyni ranqda olan məmurun biti 800-900 manaydigərinə osə 8000-9000 maaş təyin edəndə ecə olmalıdır ki: İndi bu zərəri normal yaşama möhtac qoyfuğunuz xaıqdan çıxarmaq üçün qiymətləri artıracaqsınız?f