Menu

“Nasist Njdenin tərənnümü qəbuledilməzdir”- İsrail səfiri ilə Ermənistan XİN arasında “söz atışması”

23.02.2024, 13:19
“Nasist Njdenin tərənnümü qəbuledilməzdir”- İsrail səfiri ilə Ermənistan XİN arasında “söz atışması”

Ermənistan Xarici İşlər Nazirliyi ilə İsrailin bu ölkədəki səfiri Yoel Lyon arasında gərginlik yaşanıb.

“AzPolitika.info” xəbər verir ki, “Sputnik Armenia” agentliyi Ermənistan XİN-in İsrail səfirinə cavabını dərc edib.

Belə ki, bundan əvvəl İsrail səfiri erməni faşisti Qaregin Njdenin abidəsi qarşısında keçirilən aksiyaya etiraz edib. Njdenin ad günündə bir qrup erməni onun abidəsi önündə nasist simvollarından istifadə edərək mitinq keçirib.

Bundan sonra İsrail səfiri “X” sosial şəbəkəsində yazıb ki, “nasistlərlə əməkdaşlıq edən Qaregin Njdenin tərənnümü qəbuledilməzdir və hakimiyyət neonasizmin və antisemetizmin istənilən formasına qarşı qəti mövqe tutmalıdır".

“Sputnik Armenia” Ermənistan XİN-ə sorğu göndərərək səfirin bəyanatına münasibət bildirməyi xahiş edib.

Xarici İşlər Nazirliyi əlavə vaxt istəyib və yalnız bir ay sonra cavab verib. XİN bəyan edib ki, milli və ya dini zəmində dözümsüzlüyə əsaslanan hər hansı hərəkəti, eləcə də bu mövzuda istər siyasi, istərsə də təbliğat və ya digər məqsədlərlə aparılan spekulyasiyaları yolverilməz hesab edir: “Eyni zamanda, Ermənistanda akkreditə olunmuş xarici diplomatlar qəbul edən ölkənin hökumətinə və xalqına hörmətlə yanaşmalı və ona aidiyyatı olmayan(?) bu cür təxribatlara cavab verməkdən çəkinməlidir”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol