Keçən il Rusiya Avropa İttifaqına(Aİ) yanacaq satışından 1 milyard avro qazanıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb. Söhbət təxminən 35 milyon barrel yanacağın satışından gedir.
“Global Witness” qeyri-hökumət təşkilatının təhlilinə görə, 2023-cü ildə Aİ Rusiyadan 35 milyon barrel dizel yanacağı alıb. Beləliklə, Aİ ölkələri özlərinin qoyduğu qadağaları pozublar. Qəzet yazır ki, 1 milyard avro Moskvanın Ukrayna şəhərlərini bombalamaq üçün tez-tez istifadə etdiyi İran istehsalı olan təxminən 60.000 “Şahed” PUA-sı deməkldir.
“Politico” ötən il Moskvanın həm də Aİ-nin Bolqarıstana tətbiq etdiyi ayrıca sanksiya boşluğundan əlavə olaraq daha 1 milyard avro qazandığını və Aİ-nin Rusiya neft gəlirlərini məhdudlaşdırmaq səylərinin böyük ölçüdə uğursuz olduğunu qeyd edib.
“AzPolitika.info”


Şərhlər