Menu

Rusiya-Ukrayna müharibəsinin 731-ci günü... - Müharibənin 2 ilinə qısa ekskurs

24.02.2024, 21:07
Rusiya-Ukrayna müharibəsinin 731-ci günü... - Müharibənin 2 ilinə qısa ekskurs

İki il əvvəl, bu gecə saatlar yerli vaxtla 04-50 göstərir.

İkinci Dünya müharibəsindən sonra ilk dəfə, bu maştabda dünya bir təcavüzə şahidlik edəcəkdi. Belə ki, putin rusiyası yerdən, göydən, dənizdən, bir sözlə çirkli ayaqlarıyla Ukraynaya daxil oldu. 200 minlik ordu, minlərlə tank, ağır artilleriya, raketlər və daha nələr...İlahi, yer-göy dağılır. Bütün Ukrayna ərazisi atəşə tutulur. İnsanlar çaşqınlıq içində, nə edəcəklərini bilmirlər. Bunu, yalnız yaşayanlar bilər.

Sadəcə dəhşət saçır. Qulaqlar səsə dözmür, gözlərdə narahatçılıq. Hər kəs pərişan. Axı, bu nədir, hər kəs özünə sual edir, nə baş verir? 

Bu, artıq müharibədir. Bəli, tammiqyaslı, amansız bir müharibə. Az keçmir ki, Ukrayna prezidenti Volodimir Zelenski xalqa müraciət edir: "Sakin olun, təlaşa gərək yox. Ölkəmizə qarşı hücum olub, düşmən adekvat cavabını alacaq!"

Kiyev daxil, ölkə boyu müharibə gedir. Az keçmir ki, Rusiya təbliğat maşını Zelenskinin qaçdığını elan edir. Amma ömründə müharibə görməmiş, şən və hazırcavab Zelenski telefon vasitəsilə "facebook"-dan canlı yayım açır. Və elan edir ki, mən və komandam Kiyevdədir. Heç bir yerə getmək fikrimiz yoxdur.

Sona qədər mübarizə!

İnsanlarda inam yaranır.

Səhər açılır, dünya liderləri Zelenskiyə zəng edərək, dəstəklərini ifadə edirlər.

Amma etiraf edək ki, qərbdə Ukraynanın qısa müddətdə məğlub olacağı fikri vardı.

Nə baş verdi? Mübariz Ukrayna xalqı bütün çətinliklərə rəğmən döyüşür.

Putin rusiyası NATO-nun Ukraynaya yaxinlaşacağı, rusdilli əhalinin hüquqlarının pozulması bəhanəsiylə "Xüsusi hərbi əməliyyat" adıyla Avropanın mərkəzində, çox mühüm strateji əhəmiyyətə malik Ukraynaya hücum etdi.Hədəfi nə idi?

Əsasən:

1.Ukraynanı tam işğal etmək;

2. Üç günə Kiyev tutulur, martın əvvəllinə Kiyevdə parad təyin olunur;

3.74 faizlə seçilmiş legitim hakimiyyəti dəyişir, öz marienetini hakimiyyətə gətirir (Yanukoviç və ya Medvedçuk);

4. Ukraynanı silahsızlaşdırmaq.Bunlar, putinin strateji hədəfləri idi.Hələki, heç birinə nail olmayıb.Yəni-strateji hədəflərinə çatmayıb.Bəs nə olub? putinin taktiki "uğurları" var.Müharibənin əvvəlində Ukrayna ərazisinin demək olar ki, yarısı işğalda idi. Sonradan Ukrayna ordusunun uğurlu hərbi əməliyyatları nəticəsində:1.Kiyev vilayəti;2.Xarkov vilayəti;

3.Sumi vilayəti;

4.Çerniqov vilayəti;

5.Xerson vilayətinin yarısı.

İşğaldan azad olundu.

Müharibədə Ukraynanın lazımı nəticəni əldə etməməsi(əraziləri tam işğaldan azad edərək, 1991-ci il sərhədlərinə çıxış) bir çox haqlı suallar yaradır.

Unutmayaq ki, Rusiya həm də Ukraynaya qarşı hibrid müharibə aparır... Çətinliklər yoxmu, təbii ki, var.

Amma əslində necədir? 

Rusiya və Ukraynanın resursları müqayisə olunmaz səviyyədədir.

Əhali sarıdan 4 dəfə, ərazi baxımdan isə 27 dəfə böyük olan Rusiyanın imkanları indiki halda daha üstündür.

Amma bu müharibə həm də kollektiv qərbin Rusiyaya qarşı müharibəsidir.Bu halda isə resurslar baxımından qərbin imkanları daha genişdir. Ən əsası müharibənin uzanması və Rusiyanın tədricən çöküşü qərbin əsas prioritetidir.

Hər kəsə məlumdur ki, 04.06.2023-cü ildən başlayan Ukraynanın əks-hücum əməliyyatları nəticə vermədi.Bu da bir çoxlarında pessimist əhval-ruhiyyə yaratdı. Heç şübhəsiz ki, bunun bir çox səbəbləri var. Bu prosesdə üç əsas faktor önəmli rol oynadı.

1.Havadan dəstəyin lazımı səviyyədə olmaması;

2.Uzaq mənzilli raketlərin demək olar ki olmaması;

3.Minalanmış ərazilər.

Məhz, Ukrayna xalqının rəşadəti, Böyük Britaniya və ABŞ-ın dəstəyi sayəsində Ukrayna xalqı bu gün Rusiya imperializminə qarşı mübarizə aparır.Özümüzü aldatmayaq, təbii ki, bu dövlətlərin də hər birinin öz marağı var. 

Yeni il tətillərindən sonra ABŞ başda olmaqla, digər müttəfiq dövlətlər Ukraynaya gərəkən dəstəyi göstərəcəklər. Proses ağrılı gedir, amma gedir. Qeyd etdiyim kimi Rusiyani tədricən çökdürmək planı gedir.Unutmayaq ki, Ukraynanın Azərbaycandan böyük ərazisi - 4 vilayəti və Krım(yarımada) işğal altındadır.

1.Krım-27 min km2, (əhali-2,5 milyon nəfər);

2.Xerson 28 min km2(1milyon);

3.Luqansq 27 min km2(2 milyon);

4.Zooporojye 26 min km2, (1.6 milyon);

5.Donetsk 25 min km2,( 4 milyon);

Görürsüz ki, Ukraynanın 10 milyon əhalisi və 110min km2 dan çox ərazisi işğaldadır (çoxu da minalı).

Bu ərazilərdən Xersonun yarısı, Krım tam, Zoporojyenin yarıdan çoxu, Luqansqın 90 faizi və Donetskin 65 faizi Rusiya işğalındadır...

731 gündür ki, Ukraynada Haqq ilə nahaqq, ədalətlə cəhalət, azadlıq ilə tiranlıq arasında müharibə davam edir.

P.S.Mütərəqqi dünyanın bir parçası olaraq Ukrayna xalqı bu mübarizədə qalib olacaqdır. İllər keçəcək, əsrlər dəyişəcək rusiya imperializminə qarşı əzmkar mübarizə aparan Ukrayna xalqı hər zaman sayğı və ehtiramla xatırlanacaq, amma Putin Rusiyası işğalçı kimi.

Qabil Osmanlı

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol