ABŞ-nin keçmiş lideri Donald Tramp növbəti dəfə Prezident Co Baydeni ələ salıb.
“AzPolitika.info” xəbər verir ki, Amerika Mühafizəkarlar İttifaqının ənənəvi illik Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) çıxış edən Tramp Baydenin hərəkətlərini təqlid edib.
“Bayden barmağı ilə sola və sağa doğru işarələr edir. Bəzən yıxılır və sonra ortalıqda görünmür. Bəzən də divara doğru addımlayır” – deyə Tramp Baydeni ələ salıb.
Trampın bu hərəkətləri salondakılar tərəfindən gülüşlə qarşılanıb.
“AzPolitika.info”


Şərhlər