Menu

"İlham Əliyev Xocalıda bayrağımızı dalğalandırmaqla qələbəmizin və nisgilimizin son akkordlarını vurdu" - Sadiq Qurbanov

26.02.2024, 13:57
"İlham Əliyev Xocalıda bayrağımızı dalğalandırmaqla qələbəmizin və nisgilimizin son akkordlarını vurdu" - Sadiq Qurbanov

Sadiq Qurbanov,

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Xocalı soyqırımın 32-ci ildönümüdür. Artıq biz dünyada öz haqqını bərpa edən qalib xalq kimi qəbul olunmuşuq. Lakin unutmamalıyıq ki, düşmən çox məkirlidir. Qələbə eyforiyayasına qapılmamalı və keçmişə münasibətdə tədbirli davranmalıyıq. Bu yanaşma tərzi bizə qarşı edilmiş bütün soyqırımları unutmamağı onları törədən səbəbləri və tarixi şəraiti ciddi şəkildə araşdırmağı diqtə edir. Tarixə nəzər salaq ümummili lider Heydər Əliyevin 25 fevral 1995-ci il "Təzəpir" məscidində Xocalı soyqırımı ilə bağlı söylədiyi fikirlərə diqqət edək.

Heydər Əliyev: "Xocalı faciəsi iki yüz ildən çox müddətdə erməni millətçilərinin xalqımıza qarşı apardığı soyqırımı siyasətinin qanlı səhifəsidir" Xocalı yarası qəlbimizi həmişə sızladacaq. 1992-ci il fevralın 26-da Xocalıda baş verənlər Azərbaycan xalqının yaddaşından heç vaxt silinməyəcəkdir. Çünki həmin vaxt hansısa kiçik cinayət hadisəsi deyil, bütöv Azərbaycan xalqına qarşı soyqırımı aktı həyata keçirilmiş, bəşəriyyətin ən böyük faciələrindən biri törədilmişdir. Bu cinayətin səbəbkarı isə Azərbaycan torpaqları hesabına "Böyük Ermənistan" qurmaq xülyasına düşmüş, xalqımıza qənim kəsilmiş ermənilərdir. Xocalı faciəsi ermənilərin Azərbaycan xalqına qarşı apardığı uzun müharibənin tərkib hissəsidir. Amma bu faciə özünün ağırlığı, dəhşəti ilə ermənilərin törətmiş olduğu digər cinayətlərdən köklü surətdə fərqlənir”.

Dahi siyasətçi faciənin siyasi hüquqi qiymətini verərək hakmiyyəti dönmində soyqırımın tanınması üçnü bütün gücünü səfərbər etdi.

“Dünyaya özünü məzlum xalq kimi təqdim edən ermənilərin Azərbaycan türklərinə qarşı bir əsrdə bir neçə dəfə törətdikləri soyqırım cinayətləri ağlasığmaz vəhşiliklərlə müşayiət olunub. Bu cinayətlər içərisində miqyasına və nəticələrinə görə ən dəhşətlilərindən biri Xocalıda dinc və günahsiz insanların kütləvi qətli olub. Xocalı soyqırımı nəticəsində rəsmi məlumatlara görə 613 nəfər xüsusi amansızlıq və vəhşiliklə qətlə yetirilib. Soyqırıma məruz qalmış şəxslərdən 106 nəfəri qadın, 70 nəfəri ahıl, 63 nəfəri isə azyaşlı uşaqdır. 1000 nəfər Xocalı sakini aldığı güllə yarasından əlil olub. 8 ailə tamamilə məhv edilib, 25 nəfər uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirib. 1275 nəfər isə girov götürülüb. Ən dəhşətlisi odur ki, bu amansızlığın, vəhşiliyin təşkilatçıları erməni xalqının liderləri sırasında olanlardır və onlar bununla fəxr etdiklərini dilə gətirirlər. Onlardan biri Ermənistanın keçmiş prezidenti, hazırki müxalifət liderlərindən olan Serj Sarkisyandır. O, soyqırım törətməsini nəinki danır, hətta bu cinayəti törətməklə fəxr edir.”

İkinci Dünya müharibəsindən sonra beynəlxalq hümanitar hüququn xüsusi bir sahəsi kimi müharibə qanunlarının təsbit olunması və müharibə zamanı mülki əhalinin təhlükəsizliyi ilə bağlı “Cenevrə Konvensiyaları və əlavə Protokollar” qəbul edildi: “Sivil dünyanın məqsədi müharibə zamanı mülki əhalini qorumaq idi. Dünyanın əksər ölkələri bu Konvensiyaya qoşuldu. Beynəlxalq hüququn hamılıqla qəbul edilən prinsiplərinə görə, müharibə zamanı mülki əhalinin təhlükəsizliyi bütün dünya tərəfindən birmənalı qəbul edildi. Lakin insanlıq düşməni olan erməni faşizmi sözdə buna tərəfdar çıxsa da, əməldə tamamilə başqa mövqe sərgilədi. Xocalı soyqırımı zamanı mülki əhalinin öldürülməsinə britaniyalı jurnalist Tomas de Vaalın "Xocalı soyqırımı haqqında nə düşünürsünüz" sualına Sarkisyan belə cavab verib: “Xocalıya qədər Azərbaycan tərəfi elə bilirdi ki, bizimlə zarafat eləmək olar. Onlar elə düşünürdülər ki, ermənilər mülki əhaliyə qarşı əl qaldıracaq insanlar deyil. Biz bu anlayışa (stereotipə) son qoyduq. Baş verən hadisə də bu idi”. Bəli, soyqırımı törədən bu xəstə zehniyyətdən bundan artıq nə isə gözləmək düz olmazdı. Bu zehniyyət 44 günlük cəzalandırma əməliyyatından sonra dəyişibmi? Əlbəttə, buna inanmaq sadəlövlük olardı. Soyqırım zehniyyəti hazırda N.Paşinyanın biabırçı məğlubiyyətindən ruhlanaraq, yenidən hakimiyyətə qayıtmaq istəyir. Daha bir erməni ideoloqu, yazıçı-şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında yazır: "Biz Xaçaturla Xocalıda ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə, Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq. Sitatın sonuna diqqət edin, "bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr duyacaq".


Azərbaycan dövlətinin dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı irəli sürdüyü konsepsiya özünü doğrultmaqdadır: “Heydər Əliyev Fondunun Birinici vitse-prezidenti Leyla Əliyevanın dünyada apardığı “Xocalıya ədalət” strategiyası da uğurla davam olunmalı və bütün dünya bu insanlıq suçunun günahkarlarını lənətləməlidir. Xocalı soyqırımının baş verməsindən ötən otuz ilə yaxın vaxt ərzində, biz, ilk dəfə bu faciəni qalib xalq kimi anırıq. Xocalının qisası artıq alınıb! Bu, Azərbaycan xalqının, Ali Baş Komandan cənab İlham Əliyevin uğurudur. Cənab Prezidentin təbirincə desək, biz bu qələbəni şəhidlərimizə borcluyuq! Lakin unutmayaq ki, Ermənistanda soyqırım düşüncəsi ilə böyüdülən bir erməni gəncliyi var və onlar bizim gələcək nəsillərimiz üçün təhlükədir. "Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni kontraktlar imzalanıb, ən müasir silahlar alınır, artıq onlar gətirilir. Dünyada hansı müasir silah varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək. Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi məsələlərini də üzə çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha da döyüşkən və döyüş qabiliyyəti yüksək olan ordunun yaranmasına gətirib çıxaracaqdır", - Prezident İlham Əliyevin dilə gətirdiyi bu sözlər, erməni faşizminin bir daha dirçəlməsinə imkan verilməyəcəyinə əminliyimizdir. Biz güclü olmalıyıq, düşmənimiz dəmir yumruğu daim hiss etməlidir. Yalnız bu halda əbədi qələbəmizi təmin etmiş olacağıq!”

Bəli qalib sərkərdə, Prezident İlham Əliyev Xocalıda Azərbaycanın üçrəngli müqəddəs bayrağını dalğalandırmaqla qələbəmizin və nisgilimizin son akkordlarını vurdu. Bundan sonra isə ən vacib işimiz bir daha belə faicələrin törənməməməsi üçün daimi güclü olmaqdır.  

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol