Menu

“Bizi Rusiyanın reaksiyası maraqlandırmır” - Erməni deputat

26.02.2024, 14:20
“Bizi Rusiyanın reaksiyası maraqlandırmır” - Erməni deputat

Məlum olduğu kimi, son günlər Ukrayna Prezidenti Volodimir Zelenskinin İrəvana səfər edəcəyinə dair məlumatlar yayılmaqdadır. Hələ ki, rəsmən təsdiqlənməyən mümkün səfərə Rusiyanın reaksiyası maraq doğurur.

“AzPolitika” Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu ölkənin hakim “Vətəndaş müqaviləsi” partiyasının deputatı Qaqik Melkonyan Rusiyanın reaksiyasının Ermənistan hakimiyyətini maraqlandırmadığını bildirib: “Əgər Ukrayna Prezidenti Volodimir Zelenski Ermənistana gəlmək qərarına gəlibsə, o zaman biz onu qəbul etməliyik, burada nə problem var? Rusiyanın necə reaksiya verəcəyi və ya verməyəcəyi bizi maraqlandırmır, bu, onun işidir. Biz yalnız öz dövlətimizin maraqlarını düşünürük, yalnız ölkəmizin maraqlarını rəhbər tutmalıyıq”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol