Menu

Roqozindən irqçi paylaşım - Bu şəxsləri meymuna bənzədib...

26.02.2024, 16:10
Roqozindən irqçi paylaşım - Bu şəxsləri meymuna bənzədib...

“Roskosmos”un keçmiş rəhbəri, Zaporojye vilayətindən olan senator Dmitri Roqozin ABŞ-nin müdafiə naziri Lloyd Ostini meymuna bənzədib.

“AzPolitika.info” xəbər verir ki, o, “X” sosial şəbəkə hesabından iki fotoşəkil dərc edib. Fotolardan birində qorilla ilə şəkil çəkdirən piqmeylər yer alıb. Digər rəsimdə isə ABŞ müdafiə naziri Lloyd Ostin, Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Ukrayna Preziedent Ofisinin rəhbəri Andrey Yermak yer alıb.

O, “ABŞ-nin müdafiə naziri Lloyd Ostinin xəstəliyindən əvvəl piqmeylərlə şəkil çəkdirməyi sevirdi” deyə yazıb.

Bu gün o, müxtəlif kadrlarda rəqs edən meymunların və Ukrayna bayraqları ilə tullanan etirazçıların videosu ilə “meymunlar meymun adlandırılmalıdır” adlı başqa bir yazı dərc edib.

Eyni zamanda, Roqozin sonradan bu postu silib və “X”-də hesabının olduğunu inkar edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol