Menu

Danimarka da istintaqı dayandırdı - "Şimal axını" kəmrələri partladılıb

26.02.2024, 17:23
Danimarka da istintaqı dayandırdı - "Şimal axını" kəmrələri partladılıb

İsveçin ardınca Danimarka da "Şimal axını 1" və "Şimal axını 2" qaz kəmərlərində baş vermiş partlayışların təhqiqatını dayandırıb.

"AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, araşdırma nəticəsində hüquq mühafizə orqanları qaz kəmərlərində qəsdən təxribat törədildiyi qənaətinə gəlib.

“Lakin Danimarkada cinayət işi başlamaq üçün istintaqda kifayət qədər əsası yoxdur", - Kopenhagen polisinin açıqlamasında deyilir.

Polisi xarici tərəfdaşlarla əməkdaşlıq etdiklərini və istintaqın mürəkkəb və hərtərəfli proses olduğunu bildirib.

Bundan əvvəl İsveç 2022-i ildə “Şimal axını” kəmərlərində baş vermiş partlayışlarla bağlı təhqiqatın dayandırıldığını elan edib. Ölkə prokurorluğu şübhəliləri müəyyən edə bilmədiyini açıqlayıb. İsveç bütün materialları Almaniyaya təhvil verib. Almaniya isə partlayışların səbəbini araşdırmağa davam edir.

Rusiyadan Baltik dənizinin dibi ilə Avropaya qaz nəql edən “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərinin dörd xəttindən üçü 2022-ci ilin sentyabrında zədələnib. Sızıntılar İsveç və Danimarkanın iqtisadi zonalarında baş verib. Nəticədə atmosferə böyük miqdarda metan daxil olub.

İsveç, Danimarka və Almaniyadan aparılan araşdırmalar göstərib ki, qaz kəmərləri partladılıb, lakin günahkarlar hələ də axtarılır.

Rusiya istintaqda iştirak etmir. Moskva baş verənlərə görə ABŞ, Böyük Britaniya və Ukraynanı günahlandırır. Onlar iştiraklarını inkar edirlər. Magistral kəməri bərpa etmək mümkün deyil.

Rasim Əliyev

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol