Menu

Ruslar ilk dəfə ABŞ-nin məşhur “Abrams” tankını vurub - VİDEO

27.02.2024, 11:24
Ruslar ilk dəfə ABŞ-nin məşhur “Abrams” tankını vurub - VİDEO

Ötən gün Rusiya Silahlı Qüvvələri ilk dəfə ABŞ istehsalı olan “M1 Abrams” tankını vurmağı bacarıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayımlanıb.

Zaporojye yaxınlığında vurulan tankın kamikadze dronu tərəfindən və ya artilleriya zərbəsi nəticəsində məhv edildiyi ehtimal edilir.

Qeyd edək ki, ABŞ istehsalı olan “Abrams” tankının qiyməti təxminən 9 milyon dollardır. 72 ton ağırlığındakı tank 4 ekipaj üzvündən ibarətdir. 1500 at gücündə mühərriklə təchiz olunan “Abrams”lar maksimum 67 km/saat sürətlə hərəkət edə bilir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol