Menu

Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb

27.02.2024, 13:38
Müəllimlərdən dərs saatlarına görə rüşvət alan direktor işdən çıxarılıb

Mingəçevir şəhər 4 nömrəli tam orta məktəbin direktoru Azər Qazıyevin müəllimlərdən dərs saatlarına görə rüşvət alması barədə yayılan görüntülərlə bağlı araşdırma aparılıb.

Bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin məlumatında bildirilib.

Araşdırmanın nəticəsinə əsasən, əmək fəaliyyətində yol verdiyi hüquqpozmaya və kobud nöqsana görə məktəbin direktoru Azər Qazıyev Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırovun müvafiq əmrinə əsasən, işdən azad edilib.

Agentlik təhsil müəssisələrində əmək fəaliyyətində yol verilən nöqsan, hüquqpozmaların aşkarlanması, qarşısının alınması və aradan qaldırılması ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədilə monitorinqlərə başlayıb.

Şərhlər

ƏNHU 2024-02-28 01:51:33

Rüşvətalma nöqsandır yoxsa cinayət? Əgər nöqsandırsa onda kefdi ki. Gəlin hamımız rüşvət alaq heç kim də qüsura baxmasın. Əşi davay eee, uzaqbaşı işdən çıxaracaqlar dəə. Yığdığımızdan bir az verib bərpa olarıq.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol