Menu

Navalnının dəfn mərasimi bu tarixdə keçiriləcək

28.02.2024, 15:39
Navalnının dəfn mərasimi bu tarixdə keçiriləcək

Bu yaxınlarda həbsxanada müəmmalı şəkildə dünyasını dəyişən rusiyalı müxalifət lideri Aleksey Navalnının dəfn mərasimi martın 1-də Moskvada keçiriləcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə mərhum siyasətçinin keçmiş mətbuat katibi Kira Yarmış məlumat verib.

O, öz müraciətində Navalnının bütün tərəfdarlarını dəfn mərasimində iştirak etməyə çağırıb.

Qeyd edək ki, Navalnı ilə vida mərasimi Moskvanın cənub-şərqindəki yaşayış massivində yerləşən pravoslav kilsəsində baş tutacaq və o, yerli qəbiristanlıqda dəfn olunacaq.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol