Menu

Borrellin səhhətində problem yaranıb

28.02.2024, 17:22
Borrellin səhhətində problem yaranıb

Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell səhhətində yaranan problemə görə Avropa Parlamentinin iclasında iştirak etməyib.

APA xəbər verir ki, bu barədə Aİ-nin Ali Nümayəndəsi "X" hesabında bildirib.

"Təəssüf ki, səhhətimdə yaranan kiçik problemə görə Avropa Parlamentində bu həftə keçiriləcək müzakirələrini buraxmalı oldum və həkimlər mənə ictimai tədbirləri bir neçə gün təxirə salmağı məsləhət görüblər. Tezliklə tam cədvəlimi bərpa etməyi səbirsizliklə gözləyirəm", - Borrell paylaşımında qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol