Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov Prezident Volodimir Zelenskinin Baş Komandan Valeri Zalujnını istefaya göndərməsinə haqq qazandırıb.
“AzPolitika” xəbər verir ki, “CBC News”-a müsahibə verən Budanov Zelenski ilə Zalujnı arasında heç bir münaqişə olmadığını deyib. Eyni zamanda, Budanov Zalujnının Zelenskinin tabeliyində olduğunu xatırladıb və qeyd edib ki, bu halda onların arasındakı hər hansı fikir ayrılığından danışmaq yersizdir.
O, Zelenskinin Valeri Zalujnını Aleksandr Sırski ilə əvəzləmək qərarını da düzgün hesab etdiyini bildirib.
Budanov Zalujnının rəhbərliyi altında orduda heç də hər şeyin düz getmədiyinə işarə vurub: “Əgər hər şey yaxşıdırsa, gözəldirsə və hər şey düzgün edilibsə, bəs biz niyə hazırda olduğumuz vəziyyətdəyik?”
“AzPolitika.info”


Şərhlər