Menu

"Yeni çağırışlar qarşısında Türk dünyasının birliyi xüsusi önəm daşıyır" - XİN rəhbəri

01.03.2024, 19:37
"Yeni çağırışlar qarşısında Türk dünyasının birliyi xüsusi önəm daşıyır" - XİN rəhbəri

Azərbaycanda keçirilmiş növbədənkənar prezident seçkiləri tarixi əhəmiyyət daşıyır.

APA-nın Türkiyə müxbirinin verdiyi xəbərə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ADF2024 çərçivəsində Türk dünyasına həsr olunmuş paneldəki çıxışı zamanı bildirib.

O qeyd edib ki, tarixdə ilk dəfə olaraq seçki prosesi işğaldan azad olunmuş ərazilərdə də baş tutub.

Ceyhun Bayramov, həmçinin Türk Dövlətləri Təşkilatının Azərbaycan üçün ən vacib təşkilat olduğunu da əlavə edib. Onun sözlərinə görə, dünyada mövcud olan yeni çağırışlar qarşısında Türk dünyasının birliyi xüsusi önəm daşıyır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol