Menu

ABŞ Qəzza zolağına ərzaq göndərəcək – Bayden hava yolu ilə daşınacağını açıqladı

02.03.2024, 12:13
ABŞ Qəzza zolağına ərzaq göndərəcək – Bayden hava yolu ilə daşınacağını açıqladı

ABŞ Prezidenti Co Bayden ABŞ təyyarələrinin Qəzza zolağına ərzaq çatdıracağını açıqlayıb. İlk ərzaq partiyasının bu həftə sonu həyata keçiriləcəyi gözlənilir.

"Biz daha çox iş görməliyik və Birləşmiş Ştatlar daha çox işlər görəcək" deyən Bayden, hazırda Qəzzaya kifayət qədər yardımın gəlmədiyini bildirib. O, həmçinin deyib ki, ABŞ fələstinlilərə humanitar yardım üçün dəniz dəhlizinin açılması imkanını nəzərdən keçirir.

Ağ Evin milli təhlükəsizlik sözçüsü Con Kirbi bildirib ki, ilk hava daşımaları çox güman ki, hərbçilər üçün quru yeməklər olacaq. Kirbi əlavə edib ki, yardımın havadan çatdırılması nəzərdə tutulur və İsrail bunu dəstəkləyib.

Qeyd edək ki, bundan əvvəl İordaniya və Fransa artıq Qəzza zolağına hava yolu ilə yardım çatdırmışdı. Bir neçə gün əvvəl BMT-nin Ümumdünya Ərzaq Proqramının nümayəndələri soyğunçuluq hadisələri və proqram işçilərinə hücumları səbəbindən Qəzzaya ərzaq tədarükünü dayandırdığını bildirmişdi. BMT-nin məlumatına görə, 570 mindən çox Qəzzalı, yəni ümumi əhalisinin təxminən dörddə biri aclıq astanasındadır.

ABŞ və BMT rəsmiləri qeyd edirlər ki, hava yolu ilə çatdırılma problemi həll etməyəcək. Xüsusən də qidanın Qəzza zolağına nəzarət edən HƏMAS qruplaşmasının əlinə keçməyəcəyinə zəmanət yoxdur.

ABŞ və digər ölkələr Baydenin martın 10-dan əvvəl başlayacağına ümid etdiyi atəşkəs dövründə Qəzzaya yardımın artırılacağını gözləyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol