Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2024-cü ildə ehtiyatda olan vətəndaşların hərbi təlimlərə cəlb edilməsi haqqında fərman imzalayıb.
Martın 1-də imzalanan sənədə əsasən, ehtiyatda olan vətəndaşlar silahlı qüvvələrdə, milli qvardiya qoşunlarında, Fövqəladə Hallar Nazirliyinin, dövlət təhlükəsizlik orqanlarının və FTX-nin xilasedici hərbi birləşmələrində hərbi hazırlıq keçmək üçün müddətli həqiqi hərbi xidmət keçəcəklər.
Fərman dərc edildiyi gündən qüvvəyə minib.
"AzPolitika.info"


Şərhlər