Şimali Koreya rəhbərliyi ötən gün 11 günlük “Azadlıq Qalxanı” adlı təlimə başlayan ABŞ və Cənubi Koreyanı təhdid edib.
“AzPolitika” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, Vaşinqton və Seulun genişmiqyaslı təxribat xarakterli birgə hərbi təlimlərinə BMT-nin 11 ölkəsindən hərbçilər cəlb edilib.
Açıqlamada Şimali Koreya Müdafiə Nazirliyinin ABŞ və Cənubi Koreyanın ehtiyatsız hərbi təlimlərini “qətiyyətlə qınadığı”, Vaşinqton və Seulu bu hərəkətləri dayandırmağa çağırdığı bildirilib.
Pxenyanın təhlükəsizliyin təmin edilməsi üçün hərbi fəaliyyətlərini davam etdirəcəyi bildirilərkən, ABŞ və Cənubi Koreyanın istənilən səhv addımda “Bədəlini ağır ödəyəcəkləri” vurğulanıb.
“AzPolitika.info”


Şərhlər