Avropa İttifaqı Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirin təkcə Ukraynanın bərpası üçün deyil, həm də Kiyevə hərbi dəstək üçün istifadə imkanlarını müzakirə edir.
“AzPolitika” xəbər verir ki, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrell Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.
O, həmin vəsaitlərin Ukraynanın silah təminatına yönəltməyi mümkün sayıb: "Əgər biz razılaşsaq ki, bu aktivlər Ukraynanın yenidən qurulmasını dəstəkləmək üçün istifadə oluna bilər, o zaman onlar həm də Ukraynanın dağıdılmasının qarşısını almaq üçün istifadə edilə bilər. Bu isə Ukraynanın hərbi potensialının və ya müdafiə texnologiyaları bazasının artırılması deməkdir".
Borrelin sözlərinə görə, Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Avropa Sülh Fondu vasitəsilə Ukraynaya hərbi yardıma yönləndirilməsi irəliyə doğru daha bir addım olardı.
“AzPolitika.info”


Şərhlər